SON XƏBƏRLƏR

“İran rəsmiləri referendum keçirilməsi ilə razlaşmır”- sünni lider

2024.03.30, 10:25
“İran rəsmiləri referendum keçirilməsi ilə razlaşmır”- sünni lider

Sistan və Bəlucistan Əyaləti Zahidan şəhəri sünni icmasının cümə imamı Moləvi Əbdülhəmid xalqın sistem barədə fikrini bildirmək üçün öllkədə referendum keçirilməsi tələbi olunduğunu deyib.

Gunaz.tv

“Bütün islami və qeyri-islami sistemlər legitim sayılmaları məqsədi ilə xalq tərəfindən dəstəklənməlidir.

Xalqın hansı sistem istədiyini bilmək üçün bir sıra ziyalılar referendum keçirliməyi irəli sürüb. Lakin İran rəsmiləri bu təkliflə razlaşmır” Moləvi Əbdülhəmid

Sünni icmasının lideri martın 29-u cümə namazı xürbələrində İran İslam Respublikasının  xalq tərəfindən gətirlidirini deyərək hakim sistemi tənqid edib:

“Hakimiyyət silah, dövlət çevrilişi və yaxud hərbçilər tərəfindən gətirilməyib. Ona görə də  sistemi silah gücü ilə qoruyub saxlamaq mümkün deyil”

O, həmçinin 1979-cu ilin aprel ayının 1-də referandum keçirilməkə İslam Respublikası qurulduğu və həmin vaxt xalqa iqtisadi dirçəliş və sərbəstliklər olacağı barədə vədlər verildiyini lakin reallaşmadığını deyib. 

“iqtisadiyyata elə zərbələr vurulub ki, hər gün pulun dəyərinin itirildiyini müşahidə edirik. Korrupsionerlər də artıq aza qane deyillər və xalqa məxsus sərvətləri daha da böyük həcmdə talayırlar”-deyə Moləvi vuğrulayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar