SON XƏBƏRLƏR

İran rəsmisi: İbrahim Rəisi tümənin dahada ucuzlaşacağı barədə anons verir

2024.04.01, 14:09
İran rəsmisi: İbrahim Rəisi tümənin dahada ucuzlaşacağı barədə anons verir

Ölkə prezidenti İbrahim Rəisi dolların 100 min tümənə qədər bahalaşacağı barədə anons verir və görünür o iqtisadi siyasətini dəyişmək niyyətində deyil.

Gunaz.tv

Bu barədə Sistemin Məsləhətini Müəyyənləşdirən Şurasının Strateji Qiymətləndirmə və Monitorinq Mərkəzinin rəhbəri Yasir Cəbrayili deyib.

O, Rəisi hakimiyyətinin iddialarının əksinə olaraq iqtisadi vəziyyətin dahada pisləşdiyini deyib.

"Prezident elə təsəvvür yaradır ki, o olmasaydı vəziyyət bundanda ağır olacaqdı, belə ədəbiyyat və iddialarla nailiyyət əldə etmək olmaz. Əsas problem ondadır kı, Rəisi hökuməti yolunu dəyişmək fikrində deyil və rəsmi olaraq dolların dəyərinin 100 min tümənə qədər artacağından danışır.",- Cəbrayili bildirib.

Bu gün Tehranın azad bazarında hər bir ABŞ dollarının qiyməti 61 min 616 tümənə çatıb.

Qeyd edək ki, Qəzzada müharibə başlayandan bu günə kimi İran pulunun dollar qarşısında ucuzlaşması sürətlənib və bu proses davam edir.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar