SON XƏBƏRLƏR

İranda son bir il ərzində 41 vəkil həbs edilib

2024.04.02, 19:36
İranda son bir il ərzində 41 vəkil həbs edilib

Son bir ildə 41 iranlı hökumətin müxaliflərə qarşı davam edən repressiyaları fonunda həbs edilib.

Gunaz.tv

Bu barədə Vokalapress saytı hesabat yayıb.

Hesabatda son bir ildə İran molla rejiminin məmurları tərəfindən həbs edilən vəkillərin siyahısı açıqlanıb.

Siyahıda qeyd olunan vəkillər arasında Nəsrin Sutudə və Saleh Nikbəxtin də adı var.

İranda tanınmış insan haqları müdafiəçisi Nəsrin Sutudə İranın məcburi hicab qanununu pozduğuna görə həbs edilmiş müxtəlif fəalları, siyasətçiləri və qadınları təmsil edib.

2021-ci ildə o, “The Time” jurnalının “Dünyanın Ən Nüfuzlu 100 İnsanı” siyahısına daxil edilib. İnsan hüquqlarının müdafiəsi sahəsində göstərdiyi mübarizəyə görə Sutude təqiblərlə üzləşib.

Məhsa Əmininin ailə vəkili kimi tanınan Saleh Nikbəxt İran məhkəməsi tərəfindən “rejim əleyhinə təbliğat aparmaq” iddiası ilə ağır cəza alıb. Nikbəxt Məhsa Əmini öldürüldükdən altı ay sonra həbs edilib.

Hesabatda müxtəlif təhlükələrlə, o cümlədən təqib, həbs, psixoloji və fiziki zorakılıq, və ailələrinə qarşı təhdidlərlə üzləşən vəkillər barədə də məlumat verilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar