SON XƏBƏRLƏR

İranda həbs edilən jurnalistlərin sayı açıqlanıb

2024.04.03, 12:12
İranda həbs edilən jurnalistlərin sayı açıqlanıb

İranda media işçilərinə təzyiqlərlə bağlı yeni hesabat yayılıb.

Gunaz.tv

Hesabat Azad İnformasiya Axınını Müdafiə Təşkilatı tərəfindən hazırlabnıb.

Hesabatda son 3 ay müddətində ən azı 91 jurnalist, media fəalı və media qurumunun təqiblərə məruz qaldığı, məhkəməyə çağırıldığı və həbs edildiyi bildirilib.

Bir sıra jurnalistlərə təhlükəsizlik idarələrinin tapışırığı əsasında cinayət işinin açıldığı qeyd edilib.

Bildirilib ki, yalnız mart ayında 12 jurnalist həbs edilib, 9 media işçisi isə təhlükəsizlik orqanlarına çağırılıb. 

Hesabat müəllifləri qeyd olunan 3 ay ərzində 24 jurnalist və media rəhbəri, o cümlədən 7 qadın və 17 kişi jurnalistə 14 il 7 ay həbs cəzasının verildiyini yazıblar.

Bununla yanaşı onların sürgün, jurnalistika fəaliyyətindən uzaqlaşdırılma, sosial mediada fəaliyyətlərinə və ölkədən çıxışlarına qadağa qoyulduğu vurğulanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar