SON XƏBƏRLƏR

"Traxtur" İsfahan komandası ilə qarşılaşdı- Stadionda milli şüarlar səsləndirildi

2024.04.04, 10:46
"Traxtur" İsfahan komandası ilə qarşılaşdı- Stadionda milli şüarlar səsləndirildi

Aprelin 3-də Futbol üzrə Premyer Liqaının oyunları çərçivəsində Təbrizin "Traxtur" komandası ilə İsfahanın "Sepahan" komandasının növbəti qarşılaşması olub.

Gunaz.tv

Təbrizin Səhənd stadionunda baş tutan qarşılaşmanı izləmək üçün Güney Azərbaycanın müxtəlif şəhərlərindən on minlərlə tərəfdar stadiona toplaşıb.

Stadion ətrafında və stadionda toplaşan azarkeşlət Azərbaycan dilində şarlar səsləndirib, plakatlar qaldırıblar.

"Hamı Traxturçudu, Təbriz haman Urmudu", bu torpaqdan pay olmaz", "Urmu Azərbaycanın ürəyidir" və başqa bu kimi şüarlar səsləndiriblər.

Stadionda Azərbaycan və Türkiyə bayraqlarının qaldırılması azarkeşlərin alqışları ilə müşayiət olunub.

Qeyd edək ki, 100 min nəfər azarkeşin iştirak etdiyi qarşılaşma 0-0 hesabı ilə başa çatıb.

Bu qarşılaşmadan sonra Təbriz təmsilçisi 39 balla turnir cədvəlinin 3-cü, İsfahan komandası isə 38 balla 4-cü pillədə qərarlaşıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar