SON XƏBƏRLƏR

Fəth Təşkilatı İranı anarxiyanı gücləndirməkdə ittiham edir

2024.04.04, 10:37
Fəth Təşkilatı İranı anarxiyanı gücləndirməkdə ittiham edir

Fələstinin əsas siyasi və hərbi qrupu Fəth Təşkilatı misli görünməmiş bəyanatla İran İslam Respublikasını Fələstin torpaqlarında anarxiyanı gücləndirməkdə ittiham edib.

Gunaz.tv

Fəth Təşkilatı İordan Çayının Qərb Sahilində və Fələstin Özünü İdarəetmə Təşkilatının ən önəmli siyasi və hərbi qurumu hesab olunur. 

“Bizim müqəddəs ideyamız və xalqımızın qanının tökülməsinin başqa ölkələrin məqsədləri üçün istifadə edilməsinə icazə verməyəcəyik” - Fəth Təşkilatının aprelin 3-ü bəyanatında qeyd olunub.

Bəyanatın davamında deyilir: “təhlükəszilik qüvvələri və ya milli orqanlara ziyan verəcək hər hansı xarici müdaxilələrə qarşı tədbir görüləcək”

Qeyd edək ki, Mahmud Abbasın baş katibliyi ilə Fəth Təşkilatı HƏMAS təşkilatının əksinə heç bir dövlət tərəfindən terrorist qrup kimi tanınmır və İsrailin məhv olunması ideayasını daşımır. 

Fəth və Fələstin Özünü İdarəetmə Təşkilatı Tehranla isti və sıx əlaqələrə malik deyil və əksinə bölgənin ərəb ölkələri və Qərblə yaxşı münasibətləri vardır.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar