SON XƏBƏRLƏR

Yüzlərlə siyasi və mədəni fəal məhbuslarla bağlı bəyanat yaydı

2024.04.04, 11:50
Yüzlərlə siyasi və mədəni fəal məhbuslarla bağlı bəyanat yaydı

350 mədəni və siyasi fəal bəyanat yayaraq Gilan əyalətində 11 qadın hüquqları müdafiəçisinin sərbəst buraxılmasını tələb edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, bəyanat müəllifləri hüquq müdafiəçilərinə qarşı irəli sürülən ittihamları saxta adlandırıb və barələrində çıxarılan ümumilikdə 60 il həbs qərarının ləğv edilməsini istəyiblər.

Qeyd edək ki, Gilan əyalətinin İnqilab Məhkəməsinin 3-cü bölməsi 11 qadın fəal barədə ümumilikdə 60 il həbs qərarı çıxarıb.

Fəallar "hökumətə qarşı təbliğat", "qanunsuz qrup yaratmaq və üzv olmaq", "ölkənin təhlükəsizliyini pozmaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıblar.

Həbsə məhkum edilən fəallar 2023-cü ilin avqust ayının 16 və 17-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar