SON XƏBƏRLƏR

Tehran və Dəməşq 191 milyon dollar cəriməyə məhkum olunublar

2024.04.04, 14:50
Tehran və Dəməşq 191 milyon dollar cəriməyə məhkum olunublar

Vaşınqton şəhərinin məhkəməsi İran və Suriya hakimiyyətlərini Amerika vətəndaşının öldürüldüyünə görə ailəsinə kompensasiya olaraq 191 milyon dollar ödəməyə məhkum edib.

Gunaz.tv


Vaşınqton şəhərinin məhkəməsi İran və Suriya hakimiyyətlərini Amerika vətəndaşının öldürüldüyünə görə ailəsinə kompensasiya olaraq 191 milyon dollar ödəməyə məhkum edib.

Qətlə yetirilmiş amerikalı 2018-ci ildə HƏMAS-ın İsrailə həmləsi zamanı öldürülüb.

Qərara əsasən, həmin iki ölkə Amerika vətəndaşı Ari Foldun 2018-ci ildə HƏMAS-ın üzvü tərəfindən bıçaqla İordan Çayı bölgəsində qətli üzrə cavabdeh tanınıblar. 

Məhkəmənin hakimi Roys Lambertın qərarında yazılıb: “İran və Suriya günahsız sivillərin əleyhinə şiddət tətbiq olunması peşində olan bir proksi qrupu üzvünü qəsdən dəstəkləyib onu qətlə həvəsləndiriblər”.

Məhkəmə sənədlərinə istinadən Ari Fold 2018-ci ilin sentyabr ayının 16-ı  İordan Çayı bölgəsində alış edərkən HƏMAS təşkilatının yaraqlısı Xəlil Cabbarin bıçaq silahı ilə həmləsinə məruz qalıb. 

O, kürək və boyun nahiyələrindən Folda zərbə endirməklə, həmçinin  hadisə yerinə yaxın mağazada bir qadını da öldürməyə cəhd edib. 

45 yaşlı Fold hadisə zamanı 17 yaşında fələstinli qatili təqib edə və ona atəş aça bilib. Cabbarin qəsdən adam öldürmə ittihamı ilə Foldun ailəsinə 365 min dollar ödəməyə məhkum olunub. 

Məhkəmə İran və Suriyanın cərimələnməsi barədə yetərli sübutların olduğunu bildirib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar