SON XƏBƏRLƏR

Tehranda evlərin kirayə haqqı kəskin artıb

2024.04.05, 15:19
Tehranda evlərin kirayə haqqı kəskin artıb

İranın paytaxtı Tehran şəhərində evlərin kirayə haqının artması xüsusilə aztəminatlkı ailələri çətin vəziyyətə salıb.

Gunaz.tv

Bu barədə İranın "İqtisad" qəzeti məlumat yayıb.

Məlumatda bildirilib ki, son bir il ərzində paytaxtda mənzillərin kirayəsi bir neçə dəfə artıb.

Qəzetin yazdığına görə, son aylar ərzində mənzil kirayələrində 52 faiz artım qeydə alınıb.

Qəzet bunun ölkədə artmaqda olan inflyasiya səviyyəsi və mənzil bazarındakı inflyasiya ilə əlaqəli olduğunu yazıb.

Qeyd edək ki, İbrahim Rəisi prezidentliyinin ilk günlərində ölkədə mənzil probleminin həll olunacağına söz verib.

O, ölkədə mənzil çatışmazlığının aradan qaldırılması üçün illik 1 milyon mənzilin inşa edilərək istifadəyə veriləcəyini deyib.

Rəisinin hakimiyyətə gəlməsindən bəri İranda mənzillərin qiyməti və kirayəsi ortalama 2.7 dəfə artıb.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar