SON XƏBƏRLƏR

Əhvazda işçilərlə məmurlar arasında qarşıdurma - yaralananlar var

2024.04.06, 12:46
Əhvazda işçilərlə məmurlar arasında qarşıdurma - yaralananlar var

Xuzistan əyalətinin Əhvaz şəhərində İranın əhəmiyyətli sənaye mərkəzlərindən sayılan "Milli Polad Şirkəti"nin işdən qovulan işçiləri ilə məmurlar arasında qarşıurma olub.

Gunaz.tv

Bu barədə işçilər sosial media şəbəkəsində paylaşım ediblər.

Bildiriblər ki, bu gün səhər saatlarında iş yerinə gedən onlarla işçiyə qovulduqları deyilib və şirkətə girişlərinə mane olunub.

Buna etiraz edən işçilərin uzaqlaşdırılması üçün çağırılan hökumət qüvvələri işçilərə qarşı güc tətbiq etməsi nəticəsində bir neçə nəfər yaralanıb.

Döyülən və işdən qovulan işçilərin bir qrupu şirkət və zavod qarşısında oturaq aksiya keçirir, əlaqədar dövlət qurumlarının məsələyə aydınlıq gətirmələrini istəyirlər.

Qeyd edək ki, işdən qovulanlar bundan əvvəl əmək haqlarının ödənilməməsi və qanuni hüquqlarının pozulmasına etiraz olaraq tətil edən şəxslərdir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar