SON XƏBƏRLƏR

İranda yeni korrupsiya faktı aşkarlanıb

2024.04.06, 14:17
İranda yeni korrupsiya faktı aşkarlanıb

Xozistan Əyaləti Dəniz Limanları və Naviqasiya Baş İdarəsinin işçisi külli miqdarda vəsait mənimsəyərək ölkədən qaçıb.

Gunaz.tv


Bu barədə İdarənin baş direktoru Abutalıb Garaylu “Əsr İran” qəzeti ilə fakt barədə müsahibəsində bildirib. 

“Maliyyə işləri üzrə işçilərdən birinin vəsait mənimsəməsi aşkarlanıb.  Qanun pozuntusuna yol velmiş və ölkədən qaçımış korrupsionerin kimiliyi müəyyən edilib”

Baş direktorun verdiyi məlumata istinadən mart ayının axır günlərində Xomeyni adına Dəniz Limanı kompleksinin maliyyə işləri üzrə içisi İdarənin bank hesabından iri məbləğ çıxarıb. 

Məbləğlər həmin şəxsin vasitəsi ilə digər şəxlərin hesabına köçürülüb. Garaylunun deməsinə əsasən iş açılaraq onun saxlanılıb İrana qaytarılması üçün işlər aparılır.

Xatırladaq ki, İranda iri məbləğlərlə korrupsiya dövlətin yüksək səviyyəli rəsmiləri tərəfindən törədilməsi adı hal alıb və bu kiçik bir nümunədir. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar