SON XƏBƏRLƏR

İran XİN Brüssel görüşünə münasibət bildirib

2024.04.10, 13:40
İran XİN Brüssel görüşünə münasibət bildirib

İran Xarici İşlər Nazirliyi Belçikanın paytaxtı Brüsseldə Ermənistan, ABŞ və Avropa Birliyinin üçtərəfli görüşünə münasibət bildirib.

Gunaz.tv

Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani danışıb.

O, Cənubi Qafqazın “regiondankənar güclərin geosiyasi rəqabət meydanına” çevirilməməli olduğunu deyib.

İranın rəsmi xəbər saytı "İrna"nın yazdığına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan-ABŞ-Avropa Birliyinin Brüsseldəki 5 aprel görüşünə şərh verərkən, “regional əməkdaşlığın önəmindən bəhs edib”.  

O, “həll olunmamış mübahisələrin həlli üçün regional əməkdaşlıq çərçivəsində “3+3” məsləhətçi mexanizmini” də xatırladıb.

Qeyd edək ki, 3+3 formatı Ermənistan-Azərbaycan arasında yekun sülh razılaşmasının əldə edilməsi üçün irəli sürülmüş və Azərbaycan, Ermənistan, Gürcüstan üstəgəl Rusiya, Türkiyə və İranın yer almasını nəzərdə tutan regional platformadır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar