SON XƏBƏRLƏR

İranın Kirmanşah Əyalətində silah alış-verişi su içmək qədər asandır

2024.04.12, 13:06
İranın Kirmanşah Əyalətində silah alış-verişi su içmək  qədər asandır

Telqramda həmin bölgəyə bağlı xeyli sayda mövcud silah satışı kanallarının elanlarına əsasən 18 milyon tümənə kalaşnikov təklif olunur.

Gunaz.tv

İranda dolların məzənnəsi 62 min tümən civarında olduğunu nəzərə alsaq bu  o deməkdir ki, təxminən 290 manata klaşnikov satışı həyata keçirilir.

Əyalətin mərkəzi Kirmanşah şəhəri İranın küdlərin kompakt yaşadığı birinci şəhəridir.

Ölkənin Etimad Online qəzeti bu barədə Tibian müəssisəsinin apardığı tədqiqata istinadən bildirib. Müəssisənin nümyəndəsi elanlarda dərc olunan əlaqə telefonuna zəng edərək şərti müştəri kimi silah almaq istədiyini deyib.

“Varımızdır, hansı modeli istəsəniz vardır. Hansı məblğdə silah almaq istəyirsiz?”- deyə bir kişi cavab verib.

Satıcının bildirdiyinə görə kalaşnikov minimum 18 milyon tümənə satılır və 4-9 milyon tümənə Regisid tapança da təklif olunur. 

Qeyd edək ki, Regisid tapança çox kiçik təkqoşa silah olaraq siyasi qətillər və müxalifləri öldürmək üçün istifadə olunur. 

Satıcılar həmçinin, mini kalaşnikov, İspaniya istehsalı Llama, İtaliya istehsalı Beretta tapançasının da mövcud olduğunu və uyğun olaraq ilə 18 və 9 milyon tümənə satıldığını bildiriblər.

Danışığa əsasən satış razılaşdırılandan sonra beh kimi 2.5 milyon tümən, qalanı isə 3 gün sonra təvil vaxtı ödənilir. 

Kimsə Kirmanşah şəhərinə gedib bir başa silah almaq imkanı olmadıqda alıcıya çatdırılma xidməti də təmin olunur. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar