SON XƏBƏRLƏR

"Siyasi məhbuslar və hakimiyyətə etiraz edənlərlə danışıqlar aparın” - Moləvi Əbdülhəmid

2024.04.13, 11:38
"Siyasi məhbuslar və hakimiyyətə etiraz edənlərlə danışıqlar aparın” - Moləvi Əbdülhəmid

Sistan və Bəluçistan Əyalətiinin mərkəzi Zahidan şəhəri sünni icmasının imamı Moləvi Əbdülhmid aprelin 12-də cümə namazı xütbələri zamanı İran hakimiyyətini siyasi məhbuslar və etiraz etirazçılarla danışıq aparıb onları dinləməyə çağırıb.

Gunaz.tv

“İslam sistemində hökmdar Allah tərəfindən deyil xalq tərəfindən seçilir. Hökmdar ancaq xalqı təmsil edir. Xalq 2-3 ildir etirazlarını bildirib təlblərini irəli sürür. Onlar dinlənilməlidir”- deyə sünni lider bildirib.

Moləvinin bu ifadəsi Xaməneyinin Allah tərəfindən seçildiyi və Allahın Yer üzündə təmsilçisi olduğu iddiasına işarədir. 

Zahidanın imamı həmçinin oruc tutmayanlar qarşı hakimiyyətin reaksiyası barədə danışıb: “İranda xeyli şəxslər olub ki, Ramazanda oruc tutmayıblar. 

Onlara güc tətbiq etmək düzgün deyil. Onları ancaq oruca çağırmaq lazımdır. Şiddət göstərmək ancaq gərginlik və şiddətlə nəticələnər”. 

O, hakimiyyətin bir rəsmisinin “silahlılar və şiddət göstərənlərlə danışıq etmərik ” ifadəsinə toxunub.

“Silah götürməyən və ancaq etirazlarını bildirənlərlə, siyasi məhbuslarla danışıbsınızmı? - deyə Möləvi rejimi tənqid edib.

Sünni lider sözlərinin sonunda şiddətin hakimiyyət və yaxud kimin tərəfindən olurnur olsun yolverilməz olduğunu deyib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar