SON XƏBƏRLƏR

Universitet müəllimlərinə məhdudiyyətlər tətbiq edilib

2024.05.04, 14:20
Universitet müəllimlərinə məhdudiyyətlər tətbiq edilib

Müəllimlərə və təhsil işçilərinə qarşı təzyiqlər davam edib, ötən il ən azı 200 müəllimin fəaliyyəti məhdudlaşdırılıb.

Gunaz.tv

Bunu İran Universitetləri Müəllimlərinin Həmkarlar İttifaqının katibi Karen Əbrinya deyib.

O, "Xəbər onlain" saytına verdiyi müsahibədə ötən il ərzində daha 25 Universitet müəlliminin işdən uzaqlaşdırıldığını bildirib.

"Hakimiyyətin Universitetlərə müdaxiləsi artıb",- deyən Əbriniya, müstəqil və hakimiyyətə bağlı olmayan müəllimlərin təzyiq altında olduqlarından gileylənib.

Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar