SON XƏBƏRLƏR

Malayziya ABŞ-ın İrana qarşı təklifi ilə razılaşmayıb

2024.05.11, 11:28
Malayziya ABŞ-ın İrana qarşı təklifi ilə razılaşmayıb

Malayziya İran neftinin satışının azaldılması barədə ABŞ-ın təklifi ilə razılaşmayıb.

Gunaz.tv

İran Malaziya sularında neftinin satılması üçün istifadə edir. Lakin ölkə rəsmiləri İran neftinin ABŞ sanksiyalarına zidd olaraq satılması barədə Amerika ilə razılaşmayaraq ancaq BMT-nin Təhülkəsizlik Şurasının sanksiyalarını tanıdıqlarını bildiriblər.

Ölkənin daxili işlər naziri Seyfəddin İsmayıl ölkəsinin bu mövqeyini mayın 9-u keçirilmiş brifinqdə açıqlayıb.

“ABŞ rəsmilərinə aydınca bildirdik ki, ancaq BMT-nin Təhülkəsizlik Şurasının sanksiyalarını tanıyırıq” nazir deyib.

Həmçinin Malayziyanın baş naziri Ənvər İbrahım daha yumşaq mövqe bildirməklə deyib: “ölkəmiz bütün ölkələrlə dostdur. Lakin Malayziyanın milli maraqları hər şeydən üstündür.”

Malaziyanın ABŞ-ın xahişinə zidd çıxması İrana kapital axınının qarşısını almaqda Amerikanın problemlərə tuş gəldiyinə dəlalət edir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar