SON XƏBƏRLƏR

İranda öldürülən qadınlar barədə statistikası açıqlandı

2024.05.11, 13:35
İranda öldürülən qadınlar barədə statistikası açıqlandı

Son bir ay yarım ərzində İranda 23 qadın yaxın ailə üzvləri tərəfindən öldürülüb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatlar məlumat yayıb.

Bildirilib ki, onlar ata, qardaş, həyat yoldaşları tərəfindən qətlə yetiriliblər.

Qadın hüquqları müdafiəçiləri bu qəbildən olan qətllərinin sayının artmasını İranda qadınlarla bağlı qanunun yetərsizliyi və ya onların müdafiəsi ilə bağlı qanunların olmaması ilə əlaqələndirirlər. 

İran hökumətinin bundan öncəki rəsmi statistikasında son 2 il ərzində 172  qadının ailə üzvləri tərəfindən öldürüldüyü qeyd edilib.

Qadın haqları fəalları öldürülən qadınların rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.

Qeyd edək ki, İran qanunlarına əsasən, namus məsələsinə görə qadını öldürənlərin cəzası yüngüldür.  Buna görə də qatillərin sayı azalmır. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar