SON XƏBƏRLƏR

Sünni lider bəluç müğənninin öldürülməsini qınayıb

2024.05.11, 15:29
Sünni lider bəluç müğənninin öldürülməsini qınayıb

Zahidan şəhəri sünni icmasının imamı Moləvi Əbdülhəmid gənc bəluç müğənni Bilal Nəsruyinin naməlum şəxslər tərəfindən öldürülməsi barədə təhqiqat aparılması və aydınlıq gətirilməsini tələb edib. 

Gunaz.tv

Bilal Nəsruyi (Rigi) mayın 7-si şəhərin Müttəhəri adına küçəsində yerləşən Təhlükəsizlik İdarəsi yaxınlığında bıçaq zərbələri ilə öldürülüb.

Əbdülhəmid mayın 10-u cümə namazı xütbələri zamanı “şəhərdə şübhəli qətllərin artıdığı” barədə xəbərdarlıq edib.

O, əhalidən “bu qətllərə qarşı etiraz olunmasını” və  “qətllərin qarşını almaq məqsədi ilə qatillərin hüquq mühafizə orqanları tərəfindən saxlanılmasını” tələb edib.

“Belə hallarda qatil saxlanılmasa ən böyük problemlərdən biri qətlin təkrar olunmasıdır” Moləvi Ədbülhəmid vurğulayıb.

İranda Sistan və Bəluçistan Əyalətinin xəbərlərini yayan “Halvş” xəbər portalı bildirib ki, Nəsruyi ölümündən əvvəl yaxınları və qohumarına öldürüləcəyi barədə xəbrdarlıq edib.

“Mən öldürülsəm bilin ki, kimsə ilə heç bir düşmənçiliyim olmayıb və mənim ölümüm İran hakimiyyəti qüvvələri tərəfindən olub” Nəsruyi bildirib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar