SON XƏBƏRLƏR

İran xaricdə yaşayan jurnalistləri hədəf alır - BMT nümayəndəsi 

2024.05.24, 14:01
İran xaricdə yaşayan jurnalistləri hədəf alır - BMT nümayəndəsi 

İran İslam Respublikası iranlı və İran əsilli jurnalistləri və xaricdə farsdilli media orqanlarının əməkdaşlarını hədəfə alır.

Gunaz.tv

Bunu BMT-nin banqladeşli eksperti və hüquqşümas İrne Xan deyib.

O, mayın 22-i BMT-nin Baş Assambleyasına təqdim etdiyi hesabatda bildirib ki, son illərdə çox sayda jurnalist siyasi repressiyalardan xilas olmaq, həyatlarını xilas etmək üçün xaricə mühacirət etmək məcburiyyətində qalıb.

"Ancaq mühacirətdə də onlar çox vaxt fiziki, rəqəmsal və hüquqi təhdidlərlə üzləşib, təhlükə ilə qarşılaşıblar",- İrne Xan bildirib.

Qeyd edək ki, beynəlxalq təşkilatların hesabatına görə, İran jurnalistlər üçün dünyanın ən böyük həbsxanalarından biridir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar