SON XƏBƏRLƏR

Tehran-Təbriz təyyarəsi texniki nasazlıq səbəbindən Ərdəbildə təcili eniş edib

2024.05.25, 13:03
Tehran-Təbriz təyyarəsi texniki nasazlıq səbəbindən Ərdəbildə təcili eniş edib

Ötən gecə Tehrandan Təbrizə gedən “İran Air” şirkətinin “Fokker 100” təyyarəsi texniki nasazlıq səbəbindən Ərdəbil hava limanına təcili eniş edib və sərnişinlər avtobusla Təbrizə gediblər.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Ərdəbil Tibb Elmləri Universitetindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da, 4 sərnişində ürəkbulanma və baş ağrıları, 1 nəfərdə isə qulaq ağrıları olub, onlara təcili tibbi yardım briqadası yerindəcə tibbi yardım göstərib.

Təyyarənin sərnişinlərindən biri xarici mediaya verdiyi açıqlamada bu qorxulu anların yeni təfərrüatlarını açıqlayıb. Sərnişinin sözlərinə görə, təyyarənin pilotu təcili enişin səbəbi kimi “texniki nasazlıq” elan edib və eniş icazəsi verilənə qədər hava limanının ətrafında bir neçə dəfə dövrə vurmalı olub.

Sərnişin deyib ki, enişin dəhşətli anları zamanı təyyarədə kəskin yanıq qoxusu yayılıb, bəzi oksigen maskaları işləməyib və bir neçə sərnişində nəfəs çatışmazlığı yaranıb.

Onun sözlərinə görə, saat 22:00-da Ərdəbil hava limanına endikdən sonra onlara heç bir xidmət göstərilməyib, 00:00-da sərnişinlər avtobuslarla Təbrizə yola salınıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar