SON XƏBƏRLƏR

Tehranda anti-Azərbaycan tədbiri keçiriləcək

2024.05.27, 13:29
Tehranda anti-Azərbaycan tədbiri keçiriləcək

Tehranın Şahed Universitetində Azərbaycana qarşı daha bir tədbirin keçirilməsi barədə elan yayılıb.

Gunaz.tv

Bu barədə “Daneşcu” İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün yerli vaxtla saat 15:00-da “Azərbaycan və “sionist rejim” arasında münasibətlər və onun İranın milli təhlükəsizliyinə təsirinin araşdırılması” adlı dəyirmi masa təşkil ediləcək.

Dəyirmi masanın əsas çıxışçısı İranın Azərbaycandakı keçmiş səfiri, hazırda Əli xaməneinin Əsərlərinin Qorunması və Nəşri Fondunun beynəlxalq məsələlər şöbəsinin müdiri Möhsün Pakayindir.

Onunla yanaşı milli təhlükəsizlik üzrə ekspert, professor Məhəmməd Sadiq Qulami və Azərbaycan üzrə ekspert, İranda anti-Azərbaycan materialları nəşr edən “Vətən yolu” jurnalının redaktoru Davud Dəştbani çıxış edəcək.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar