SON XƏBƏRLƏR

İsrail rəsmisi: Qəzza sektorunda əməliyyatlar azı 7 ay sürəcək

2024.05.29, 15:05
İsrail rəsmisi: Qəzza sektorunda əməliyyatlar azı 7 ay sürəcək

Qəzza sektorunda hərbi əməliyyatlar ən azı 7 ay sürəcək və qələbəmizlə nəticələnəcək.

Gunaz.tv

Bunu İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi bildirib.

O deyib ki, əsas məqsəd HAMAS-ın hərbi infrastrukturunun tamamilə dağıdılmasıdır. Şura rəhbərinin sözlərinə görə, ölkəsi hazırda Misirlə Qəzza sektoru sərhədinin əksər hissəsinə nəzarət edir:

“Məqsəd bölgəyə silah-sursat və qaçaqmal gətirilməsinin qarşısını almaqdır. Bunun üçün HAMAS-ın hərbi infrastruktur obyektləri sıradan çıxarılmalıdır. Biz əmin olmalıyıq ki, artıq ölkəmizi və regionu HAMAS təhlükəsi gözləməyəcək. Bu məqsədlə ötən sutka ərazində HAMAS-ın sərhəddə quraşdırdığı hava hücumundan müdafiə vasitələrinin zərərsizləşdirilməsi üzrə əməliyyat keçirilib. Nəticədə sərhədyanı bölgədəki silah-sursat anbarlarının bir hissəsi sıradan çıxarılıb”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar