SON XƏBƏRLƏR

Əcəbşerli milli fəala qarşı ittiham irəli sürülüb

2024.05.30, 11:50
Əcəbşerli milli fəala qarşı ittiham irəli sürülüb

Şərqi Azərbaycan əyalətinin Əcəbşer şəhərindən olan fəal Sina Əxtəri Şişvana qarşı ittiham irəli sürülüb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, mayın 26-da təhlükəsizlik məmurları fəalın evinə hücum edərək onu özləri ilə aparıblar.

Sina Əxtəri Şişvana bir gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Əcəbşer şəhərinin Ümumi və İnqilab Məhkəməsi azərbaycanlı fəala qarşı "kiber məkanda məlumatlar yaymaqla hakimiyyətə qarşı təbliğat və ictimaiyyətdə təşviş yaratmaq" ittihamı irəli sürüb.

Onun qadın hüquqları, İranda qadınlara qarşı repressiyalar barədə yazıları və həmçinin İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə paylaşımına görə cəzalndırıldığı ehtimal olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar