SON XƏBƏRLƏR

İranda növbədənkənar prezident seçkiləri üçün qeydiyyat başlayıb

2024.05.30, 15:56
İranda növbədənkənar prezident seçkiləri üçün qeydiyyat başlayıb

İranda növbədənkənar prezident seçkiləri üçün qeydiyyat başlayıb, ilk 2 saat ərzində 30 namizəd qeydiyyat üçün müraciət edib.

Gunaz.tv

Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra İranda gələn ay keçiriləcək növbədənkənar seçkilər üçün namizədlərin qeydiyyatına başlanılıb.

Beş günlük qeydiyyat müddətindən sonra seçkilərə və qanunvericiliyə nəzarət edən Keşikçilər Şurası prezidentliyə iddialı namizədləri yoxlayacaq.

Yoxlama prosesi 7 gün davam edəcək və sonra uyğun namizədlərin seçki kampaniyası üçün təxminən iki həftə vaxtı olacaq. Keşikçilər Şurası uyğun namizədlərin siyahısını iyunun 11-də dərc edəcək.

Ölkənin seçki qərargahının sözçüsü Möhsün Eslami səhər saat 10:00 radələrində 30 namizədin qeydiyyatdan keçmək üçün ölkənin seçki qərargahına gəldiyini, lakin onların lazımi şərtlərə cavab vermədiklərini açıqlayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar