SON XƏBƏRLƏR

Soyuqbulaqda hökumət məmurlarına ağır həbs cəzası verildi

2024.05.31, 09:46
Soyuqbulaqda hökumət məmurlarına ağır həbs cəzası verildi

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Nahabad) şəhərinin Şəhər Şurasının iki üzvü, şəhər bələdiyyəsinin yüksək rütbəli məmuru və başqa bir hökumət məmuru barədə həbs həbs qərarı verilib.

Gunaz.tv

Bu barədə əyalətin məhkəmə sisteminin başçısı Nasir Ətəbati məlumat yayıb.

O, adlarını açıqlamadığı şəxslərin korrupsiya və dövlət əmlakını mənimsəməkdə ittiham olunduqlarını bildirib.

Məhkumlar müvafiq olaraq 12, 10, 9 və 8 il azadlıqdan məhrum ediliblər.

Bununla yanaşı onlar cərimə və şallaq cəzasına məhkum edilib, həbsdən sonra dövlət işlərində fəaliyyət göstərmələrinə qadağa qoyulub.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar