SON XƏBƏRLƏR

OpenAI: İranın təbliğat kampaniyası aşkarlanaraq zərərsizləşdirilib

2024.06.01, 09:00
OpenAI: İranın təbliğat kampaniyası aşkarlanaraq zərərsizləşdirilib

Süni intellekt texnologiyasından istifadə edərək İran hökumətinin təbliğatını aparan hesablar aşkar edilərək silinib.

Gunaz.tv

Bu barədə süni intellekt sahəsində qabaqcıllardan biri olan "OpenAI" şirkəti məlumat yayıb.

Bildirilib ki, "Beynəlxalq Virtual Media Birliyi" adı altında fəaliyyət göstərən media qrupu İsrail və Amerikaya qarşı təbliğat aparıb, İranın Fələstinlə bağlı siyasətlərini təbliğ edən ingilis və fransız dillərində uzun məqalələr dərc edib.

"OpenAI"-nin məluatında bildirilib ki, İran hökumətinə bağlı şəbəkənin domenlərinin müsadirə edilməsindən sonra bu şəbəkə başqa adlarla fəaliyyət etməyə başlayıb.

"Həmin şəbəkə hazırda propaqanda məzmunlu məqalə və materiallarını saytlardan əlavə, Tik Tok, VK və Odnoklassniki Rusiya kimi sosial mediada dərc edir",- məlumarda qeyd edilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar