SON XƏBƏRLƏR

Ərdəbildə Azərbaycana qarşı tədbir keçirilib

2024.06.01, 12:12
Ərdəbildə Azərbaycana qarşı tədbir keçirilib

Mayın 31-də Azərbaycanda axtarışda olduqları üçün SEPAH-a sığınan "Hüseyniyyun" terror qruplaşmasının üzvləri və Tehran rejiminin yerli icraçıları Azərbaycan respublikasına qarşı tədbir keçiriblər.

Gunaz.tv

Bu barədə terror qruplaşmasının sosial media kanalında məlumat yayılıb.

Anti-Azərbaycan tədbiri Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən Taleh Yusifovun (hacı Tağı) həlak olmasının 40-cı günü ilə bağlı təşkil edilib.

Tədbirdə, Azərbaycan Respublikasında axtarışda olan və SEPAH-a sığınan, iranlı mollalar və SEPAH üzvləri iştirak ediblər.

Onlar Azərbaycana qarşı ənənəvi ittihamlar səsləndirib, "islamın təhlükədə olduğu"nu iddia edərək vətəndaşları iğtişaşa çağırıblar.

Qeyd edək ki, terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olan Taleh Yusifov Suriyadan Rusiyaya gedib, 2022-ci ildə isə Azərbaycan Respublikasına ekstradisiya edilib.

O, aprelin 22-də İran və Suriyada olduğu zamanlar davamlı istifadə etdiyi narkotik maddələrin fəsadlarından irəli gələn xəstəlik səbəbindən həbsxanada həlak olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar