SON XƏBƏRLƏR

İran polisi iki etnik bəlucu güllələdi

2024.06.01, 13:39
İran polisi iki etnik bəlucu güllələdi

İran polisi sünni məzhəbli iki etnik bəlucu güllələyərək öldürüb.

Gunaz.tv

Hadisəayın 31-i axşam saatlarında Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərinin Pastor küçəsində baş verib.

SEPAH-a bağlı "Təsnim" xəbər agentliyi öldürülən şəxslərin silahlı olduqları və polis qüvvələrinə hücum etmək istədiklərini iddia edib.

Bəluc Fəallarının Kampaniyasının yaydığı videoda isə, güllələnən şəxslərin silahsız olduqları və yoldan keçdikləri müşahidə olunur.

Qeyd edək ki, 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar