SON XƏBƏRLƏR

Təbrizli fəal Məhkəməsinə çağırıldı

2024.06.01, 14:04
Təbrizli fəal Məhkəməsinə çağırıldı

Təbrizli milli fəal Calal Dehqani Təbriz şəhərinin Cinayət Məhkəməsinin 108-ci bölməsinə çağırılıb.

Gunaz.tv

Bu barədə güneyli fəallar sosial mediada paylaşım ediblər.

Fəala elektron poçt vasitəsilə göndərilən çağırış məktubunda ondan iyunun 3-də adı çəkilən məhkəmədə olması istənilib.

Çağırış məktubunda Calal Dehqaninin "Qanunsuz aksiyada iştirak etməklə ictimai asayişi pozmaq" ittihamı irəli sürüldüyü bildirilib.

Qeyd edək ki, milli fəal bundan əvvəl 16 iyul 2022-ci ildə Təbrizdə Urmu gölünün qurudulmasına qarşı keçirilən aksiyada 15 nəfər başqa  fəalla birgə həbs edilib.

Təbriz həbsxanasına köçürülən Həmid Purvəli 18 iyul tarixində girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar