SON XƏBƏRLƏR

İranda güclü meşə yanğını başlayıb

2024.06.01, 15:05
İranda güclü meşə yanğını başlayıb

İranın Kohgiluye və Boyer Əhməd əyalətinin Kohgiluye mahalında güclü meşə yanğınları başlayıb.

Gunaz.tv

Bu barədə mahalın icra strukturunun rəhbəri (fərmandar) Həmzə Mühəqqiq məlumat yayıb.

O, yanğının bu gün səhər saarlarından başladığını,bölgə relyefinin çətin olduğuna görə yanğını söndürməyin mümkün olmadığını deyib.

Mühəqqiq təbii fəlakətin qarşısının alınması üçün bölgəyə yanğın söndürən helikopterlərlərin cəlb olunmasına ehtiyac olduğunu söyləyib.

Bildirib ki, küləyin güclənməsi hazırda davam edən yanğının genişlənməsinə səbəb olub.

Fərmandar hadisənin baş verməsində insan amilinin olduğu ehtimal edildiyini qeyd edib.

Yerli mənbələr və sosial media istifadəçiləri hakimiyyət orqanlarının yanğını söndürmək üçün kifayət qədər texnikası olmadığını, mövcud olanların isə köhnə və yararsız olduğunu bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar