SON XƏBƏRLƏR

Həbsdə olan azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşıb

2024.06.04, 13:13
Həbsdə olan azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşıb

Tehranın Evin həbsxanasında saxlanılan və bir neçə xəstəlikdən əziyyət çəkən işçi hərəkatı fəalı Rza Şəhabinin vəziyyətinin ağırlaşmasına baxmayaraq onun müalicəsinə icazə verilmir.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri həbsxanadakı mənbələrə istinadən məlumat yayıblar.

Bildirilib ki, həbsxana rəhbərliyi əkimlərin Rza Şəhabinin həbsxanadan qıraq xəstəxanada təcili əməliyyat edilməsi barədəki arayış və tövsiyələrinə əhəmiyyət vermir.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.

O, "hökumətə qarşı təbliğat" və "ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq"da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar