SON XƏBƏRLƏR

Milli fəal Məhəmməd Əli Rzayi məhkəməyə çağırılıb

2024.06.05, 12:33
Milli fəal Məhəmməd Əli Rzayi məhkəməyə çağırılıb

Təbrizdə yaşayan milli fəal Məhəmməd Əli Rzayi Təbrizin İnqilab Məhkəməsinin ikinci bölməsinə çağırılıb.

Gunaz.tv

Məhkəmənin elektron poçtu ilə göndərilən çağırış məktubunda Rzayidən bu gün məhkəmədə hazır olması istənilib.

"Barənizdə ölkədə müxalif qruplara, separatçı təşkilatlara üzv olmaq haqda şikayət daxil olub" - İnqilab Məhkəməsinin çağırış məktubunda bildirilib.

Məhəmməd Əli Rzayi, Hüseyn Amani, Əlirza Səbri, Cavad Əhmədzadə və Davud Şiri ilə birgə 2023-cü ilin may ayının 18-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Fəala qarşı "hökumət əleyhinə təbliğat" və "toplaşmaq və əlbir olmaq" ittihamları irəli sürülüb.

O və adı çəkilən başqa fəallar bir neçə gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar