SON XƏBƏRLƏR

Güney Azərbaycan meşələrində nadir ağac növləri məhv edilir

2024.06.06, 16:00
Güney Azərbaycan meşələrində nadir ağac növləri məhv edilir

Güney Azərbaycanın bir neçə bölgəsində olan meşələr və yaşıllıq zolaqlarında "yaşıl soyqırım" davam edir.

Gunaz.tv

Bu barədə yerli ətraf mühit fəalları məlumat yayıb.

Onların dediyinə görə, Qaradağ, Ərdəbil və Xalxal bölgələrinin meşələrində nadir ağac növləri qırılaraq başqa şəhərlərə göndərilir.

"Məsələnin ictimailəşməməsi üçün həmin ağaclar gecə saat 24-dən sonra daşınır"- deyə fəallar yazıblar.

Onlar həmin nadir ağacların sənaye müəssisələrinə daşındığını və yerli məmurların buna göz yumduqlarını bildiriblər.

Ətraf mühit fəallarının sözlərinə görə, bu miqyasda aparılan iş Kənd Təsərrüfatı Təşkilatının xəbəri olmadan mümkün deyil.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar