SON XƏBƏRLƏR

İran rəhbərinin Həmədandakı nümayəndəsi öldü

2024.06.08, 10:55
İran rəhbərinin Həmədandakı nümayəndəsi öldü

Əli Xaməneinin Həmədan əyalətindəki keçmiş nümayəndəsi və Həmədan şəhərinin cümə imamı 77 yaşlı Qiyasəddin Taha Məhəmmədi ölüb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

O, cari ilin mart ayında Məşhəddən şəxsi avtomobili ilə qayıtdığı zaman qəzaya düşüb, həyat yoldaşı yerindəcə keçinib və cümə imamı ağır vəziyyətdə xəstəxanaya köçürülüb.

Bir neçə aylıq müalicədən sonra onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həm də, "Ekspertlər Məclisi"nin üzvü olan Qiyasəddin Taha Məhəmmədiyə qarşı sui-qəsd edildiyi barədə məlumatlar yayılsa da, bu rəsmi olaraq təsdiqlənməyib. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar