SON XƏBƏRLƏR

Təbriz Universitetinin rektoru xanım tələbələri təhdid etdi - Ölçü götürüləcək

2024.06.10, 13:06
Təbriz Universitetinin rektoru xanım tələbələri təhdid etdi - Ölçü götürüləcək

Təbriz Universitetinin rektoru Səfər Nəsrullahzadə məcburi hicab qaydalarının tətbiqi ilə bağlı yeni planın icra ediləcəyini deyib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

O, Universitetin qız tələbələrini təhdid edərək hicab qaydalarını pozduqları təqdirdə cəzalandırılacaqları ilə hədələyib.

"Universitetdə davranış və xüsusən hicab qaydalarının qorunması ilə bağlı plan icra ediləcək, qaydaları pozanlara qarşı sərt cəza tədbirləri həyata keçirəcəyik" - deyə rektor bildirib.

Qeyd edək ki, cari ilin aprelin 13-dən İranın əksər şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib.

Bu, vətəndaşlarla hökumət məmurları arasında qarşıdurmalara və onlarla şəxsin həbs edilməsinə səbəb olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar