SON XƏBƏRLƏR

Sarab kəndlərində su çatışmazlığı yaşanır

2024.06.10, 16:00
Sarab kəndlərində su çatışmazlığı yaşanır

Hazırda su çatışmazlığından əziyyət çəkən Şərqi Azərbaycan əyalətinin Sarab mahalında 30 kənddə böhran səviyyəsinə çatıb.

Gunaz.tv

Bu barədə Sarabın İran parlamentindəki nümayəndəsi Məcid Nəsirpur deyib.

O, problemin həll olunması və Sacalan ətəklərinə bölgəyə su nəqli üçün 80 milyard tümən (təxminən 1 milyon 300 min dollar) vəsait lazım olduğunu söyləyib.

Nəsirzadə hazırda su çatışmazlığı yaşanan kəndlərə tankerlə vasitəsilə su çatdırıldığını bildirib.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda Şərqi Azərbaycan əyalətində 240 kənd su çatışmazlığından əziyyət çəkir.

Ekoloqlar və müstəqil mütəxəssislər isə Şərqi Azərbaycanda 700 kənddə su qıtlığı yaşandığını, 360 kəndin isə bu səbəbdən tamamilə boşaldığını bildirirlər.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar