SON XƏBƏRLƏR

İranlılar prezident seçkilərini boykota çağırırlar

2024.06.11, 11:26
İranlılar prezident seçkilərini boykota çağırırlar

İranda iyunun 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı boykot çağırışları davam edir.

Gunaz.tv

Bu qəbildən olan çağırışlardan biri də, Amerikada yaşayan iranlılar tərəfindən edilib.

İran Milli Həmrəylik Təşkilatı yaydığı bəyanatda Amerikada yaşayan iranlıları səsvermədə iştirak etməməyə çağırıb.

"İranda prezident seçkilərinə səs vermək üçün Amerikada açılacaq bütün seçki məntəqələri və Vaşingtonda İran mənafeini qoruyan ofisin qarşısında toplaşaraq etiraz aksiyası keçirib, seçkiləri boykot edəcəyik"- təşkilatın bəyanatında bildirilib.

Bəyanat müəllifləri prezident seçkilərini hakimiyyətin legitimlik qazanmaq üçün növbəti şosu adlandırıb və iranlıları bundan imtina etməyə çağırıblar.

Qeyd edək ki, bundan əvvəl Güney azərbaycanlı milli fəallar bəyanat yayaraq, İranda keçirilməsi planlaşdırılan prezident seçkilərində iştirak etməyəcəklərini bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar