SON XƏBƏRLƏR

Milli fəallarla bağlı "açıq məhkəmə" kampaniyası davam edir

2024.06.12, 13:03
Milli fəallarla bağlı "açıq məhkəmə" kampaniyası davam edir

Son aylar Güney Azərbaycanın müxtəlif şəhərlərində həbs olunan milli-mədəni fəallara qarşı irəli sürülən ittihamların ağırlığına görə, daxil və xaricdə yaşayan fəallar onların məhkəmə iclaslarının açıq keçirilməsini tələb edən kampaniya başladıblar.

Gunaz.tv

Qısa müddət ərzində kampaniyaya yüzlərlə fəal qoşulub.

Sosial media vasitəsi ilə video müraciətlər edən insan haqları və milli fəallar, Tehran hakimiyyətini milli məhbuslardan saxta ittiham almağa çalışmaqda günahlandırırlar.

Onlar məhbus fəallara qarşı irəli sürülən ağır ittihamların, o cümlədən casusluq ittihamının Güney Azərbaycan milli hətəkatını susdurmaq məqsədilə irəli sürüldüyünü bildirirlər.

Kampaniyanın başladılmasından keçən müddət ərzində İran və başqa ölkələrdənn yaşayan 769 fəal ona qoşulub, hazırlanan petisiyaya qol çəkib.

Qeyd edək ki, cari ilin yanvar və fevral aylarında onlarla güney azərbaycanlı milli-mədəni fəal həbs edilib.

Onlardan bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsa da, bir çox fəal həbsdə saxlanılır.

Məhbus milli fəallara qarşı "ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq", "müxalif qruplara və təşkilatlara üzv olmaq və onlarla əməkdaşlıq" və başqa bu kimi ittihamlar irəli sürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar