SON XƏBƏRLƏR

Rəisiyə görə 200 nəfərə qarşı cinayət işi açılıb

2024.06.13, 11:53
Rəisiyə görə 200 nəfərə qarşı cinayət işi açılıb

Mayın 19-da İbrahim Rəisi və başqalarını daşıyan helikopter qəzası və qəzada həlak olanlarla bağlı sosial mediada paylaşım edən 200 isfahanlıya qarşı cinayət işi açılıb.

Gunaz.tv

Bu barədə İsfahan əyalətinin prokuroru seyid Mehdi Musəvian məlumat yayıb.

O, həmin şəxslərin həlak olan prezidentlə bağlı yalan və təhqiramiz məlumatlar yaydıqlarına görə saxlanıldıqlarını deyib.

Musəvian həbslərin ölkənin baş prokuroru və İsfahan əyalətinin məhkəmə sisteminin tələbi ilə həyata keçirildiyini bildirib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Bu günə kimi ölkənin müxtəlif yerlərində hadisə ilə bağlı paylaşım edən yüzlərlə sosial media və media fəalı həbs olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar