SON XƏBƏRLƏR

Milli fəal məhəməyə çağırıldı

2024.06.14, 18:56
Milli fəal məhəməyə çağırıldı

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan milli fəal Behzad Xudabəndəlu məhkəməyə çağırılıb.

Gunaz.tv

Bu barədə yerli sosial media kanalları məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Behzad Xudabəndəluya məhkəmənin elektron sistemi vasitəsilə çağırış məktubu göndərilib.

Ondan iyunun 26-da Qoşaçay şəhərinin Cəza Məhkəməsinin 103-cü bölməsində olması istənilib.

Milli fəala qarşı "İran İslam Respublikası əleyhinə təbliğat aparmaq" və "Kiber məkanda yalan məlumat yaymaq" ittihamları irıli sürülüb.

Qeyd edək ki, dinc fəaliyyətlərinə görə, bir neçə dəfə həbs edilən Behzad Xudabəndəlu, son dəfə martın 4-də prokurorluğa çağırılıb.

Bir neçə saat dindirilən fəal, 300 milyon girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar