SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı güneyli məhbusla bağlı bəyanat yaydı - Azad edilsin

2024.06.15, 13:23
Beynəlxalq Əfv Təşkilatı güneyli məhbusla bağlı bəyanat yaydı - Azad edilsin

Beynəlxalq Əfv Təşkilatı Tehranın Evin həbsxanasında saxlanılan və bir neçə xəstəlikdən əziyyət çəkən güneyli işçi hərəkatı fəalı Rza Şəhabi ilə bağlı bəyanat yayıb.

Gunaz.tv

Bəyanatda dinc mübarizə aparan azərbaycanlı fəalın özbaşına həbs edildiyi və ədalətsiz mühakimə olunduğu vurğulanıb, ona həbsxanada vaxtında tibbi xidmət göstərilməməsi tənqid olunub.

Beynəlxalq təşkilat İran hakimiyyətindən azərbaycanlı işçi hərəkatı fəalının qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

"İran hakimiyyəti beynəlxalq hüquqa sadiqliyini pozaraq, müstəqil həmkarlar ittifaqlarının fəaliyyətinin qarşısını almağa, işçilər və işçi haqları fəallarından ədalətsiz məhkəmələr və həbslərlə qisas almağa davam edir",- Beynəlxalq Əfv Təşkilatının bəyanatında qeyd olunub.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası 2024-cü ildəki hesabatında İranı həmkarlar ittifaqı hüquqlarının təmin və riayət olunmadığı ölkələr sırasına daxil edib.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir.

O, "hökumətə qarşı təbliğat" və "ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq"da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar