SON XƏBƏRLƏR

Urmuda məhbus fəallara dəstək posterləri yayıldı

2024.06.17, 10:45
Urmuda məhbus fəallara dəstək posterləri yayıldı

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində Təbriz həbsxanasında saxlanılan və aclq aksiyası keçirən milli məhbuslara dəstək məqsədilə posterlər yayılıb.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Şəhərin ictimai məkanlarında divarlara yapışdırılan posterlərin üzərində ingilis dilində "Milli fəallar Kərim Bokser və Salar Tahir Əfşara azadlıq" sözləri yazılıb.

Qeyd edək ki, Təbriz həbsxanasında saxlanılan milli məhbuslar Tehranın Evin həbsxanasında saxlanılan və aclıq aksiyasına əl atan azərbaycanlı məhbuslara dəstək üçün aclıq aksiyasına başlayıblar.

4 aydan çoxdur Evin həbsxanasında saxlanılan 4 mili məhbus, qeyri-müəyyən şərayitdə saxlanılmalarına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar