SON XƏBƏRLƏR

İranda mədən çökdü - Ölən və yaralananlar var

2024.06.17, 13:26
İranda mədən çökdü - Ölən və yaralananlar var

İranın Mərkəzi əyalətinin Şazənd bölgəsində mədən çökməsi nəticəsində iki mədənçi həlak olub.

Gunaz.tv

Bu barədə İran Axtarış və Xilasetmə Təşkilatının başçısı Babək Mahmudi məlumat yayıb.

Bununla yanaşı daha iki mədənçinin yaralı vəziyyətdə dağıntılar altında qaldığı bildirilib.

Bir neçə mədənçi isə itkin düşüb və onların tapılması üçün xilasetmə qrupları bölgəyə göndərilib.

Mərkəzi əyalətinin valiliyinin yaydığı məlumatda qəzanın lazimi təhlükəsizlik qaydalarının riayət olunmaması səbəbindən baş verdiyi qeyd edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar