SON XƏBƏRLƏR

İran İordan çayının qərb sahilinə silah qaçaqmalçılığını artırıb

2024.06.18, 15:49
İran İordan çayının qərb sahilinə silah qaçaqmalçılığını artırıb

İran İordan çayının qərb sahilindəki “Cenin”ə silah qaçaqmalçlığını daha da artırıb.

Gunaz.tv

Bu sözləri İsrailin müdafiə naziri Yuav Qallant deyib.

"İranın bölgəyə qeyri-qanuni silah göndərmək cəhdi səbəbiylə İsrail yerli müdafiə qruplarını silah baxımından gücləndirib və zərurət yarandıqda dərhal müdaxilə üçün yaxınlıqdakı yaşayış məntəqələrində yaşayan israillilərin qayğısına qalmaq üçün yeni qruplar formalaşdırıb",- müdafiə naziri bildirib.

O, İsrail dövlətinin öz sərhədləri daxilində terror aktlarının aqarşısını almaq üçün istənilən müdafiə və hücum əməliyyatlarına əl atmağa hazır olduğunu söyləyib.

Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun Terrorla Mübarizə Proqramının direktoru Metyu Levitt isə deyib ki, İran İordan çayının qərb sahilini silahla doyurmaq niyyətindədir.

 Onun sözlərinə görə, İran bu iş üçün İordaniyada, İordan çayının qərb sahilində və İsrailin özündə silah və narkotik alveri ilə məşğul olan cinayət şəbəkələrindən, əsasən bədəvilərdən istifadə edir.

Bundan əvvəl yayılan məlumatlarda silah qaçqmalçılığının SEPAH-ın Qüds qüvvələrinin təşkilatçılığı ilə həyata keçirildiyi bildirilib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar