SON XƏBƏRLƏR

Milli fəal prokurorluğa çağırıldı

2024.06.19, 10:00
Milli fəal prokurorluğa çağırıldı

Təbrizdə yaşayan milli fəal Fərhad Pakruhun atası Cəbrayıl Pakruh Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırılıb.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, ona elektron məktub göndərilərək 5 gün ərzində qeyd olunan məhkəmənin 1-ci bölməsinə getməsi, əks təqdirdə həbs ediləcəyi bildirilib.

Məktubda onun "yalan məlumat yaymaq" ittihamına görə çağırıldığı bildirilib.

Bundan əvvəl may ayının 14-də təhlükəsizlik məmurları tərəfindən həbs edilən Fərhad Pakruh, bir gün sonra 100 milyon tümənlik girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Qeyd edək kİ, bundan əvvəl təhlükəsizlik məmurları Cəbrayıl Pakruhu, qardaşı Əsəd Pakruhu və oğlu Fərhad Pakruhu döyüb, həbs ediblər.

Bir gün sonra sərbət buraxılan C.Pakruh aldığı kəllə-beyin travması səbəbindənTəbrizin "Razi" xəstəxanasına köçürülüb.

Cəbrayıl Pakruh oğlunun həbsi və ona qarşı təzyiqlərlə bağlı verdiyi açıqlamalara görə incidilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar