SON XƏBƏRLƏR

Kanada SEPAH-ı rəsmən terror təşkilatı elan etdi

2024.06.19, 23:19
Kanada SEPAH-ı rəsmən terror təşkilatı elan etdi

Kanada dövləti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmi olaraq terrorçu təşkilatlar siyahısına saldı.

Gunaz.tv

Bu barədə Kanadanın ictimai təhlükəsizlik naziri Dominik Leblan mətbuat konfransında bildirib.

"Bu, Kanadanın İslam İnqilabı Keşikçiləri Korpusunun terror mahiyyətli hərəkətləri ilə mübarizə aparmaq üçün əlində olan bütün vasitələrdən istifadə edəcəyinə dair güclü mesaj verir",- nazir deyib.

O, Tehran rejimini İranın daxilində və xaricdə dəfələrlə insan haqlarını pozmaqda, həmçinin beynəlxalq qanun və asayişə xələl gətirməkdə ittiham edib.

Nazir vurğulayıb ki, Kanada bu vasitə ilə İran hökumətinin qeyri-qanuni hərəkətlərinin və terrorizmi dəstəkləməsinin cəzasız qalmayacağını göstərməyə çalışır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar