SON XƏBƏRLƏR

İsrail Kanadanın İranla bağlı qərarını alqışladı

2024.06.20, 09:00
İsrail Kanadanın İranla bağlı qərarını alqışladı

İsrail Kanada hakimiyyətinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə etmək qərarını alqışlayır və dünyanın digər ölkələrinin də bunu etməsinə nail olmağa çalışacaq.

Gunaz.tv

Bu barədə İsrailin xarici işlər naziri İsrael Katz özünün X səhifəsində yazıb.

Qeyd edək ki, Kanada hakimiyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

Kanada hökuməti bildirib ki, bu vasitə ilə İran hökumətinin qeyri-qanuni hərəkətlərinin və terrorizmi dəstəkləməsinin cəzasız qalmayacağını göstərməyə çalışır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar