SON XƏBƏRLƏR

Aclıq aksiyası keçirən məhbus fəalın vəziyyəti ağırlaşıb

2024.06.20, 10:43
Aclıq aksiyası keçirən məhbus fəalın vəziyyəti ağırlaşıb

Tehranın Evin həbsxanasında saxlanılan və aclıq aksiyası keçirən azərbaycanlı milli  fəal və vəkil Tahir Nəqəvinin vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, iyunun 19-da aclıq aksiyasının 7-ci günündəTahir Nəqəvinin vəziyyəti ağırlaşdığı üçün o həbsxananın tibb məntəqəsinə köçürülüb.

Burada onun xəstəxanada müalicə olunması tövsiyə edilib və milli fəal Tehranın Taliqani xəstəxanasına aparılıb.

Bir neçə saatlıq müalicədən sonra vo yenidən həbsxanaya qaytarılıb.

Məlumatda həkimlərin Nəqəvinin səhhətinin ağır olduğuna görə xəstəxanada saxlanılmasını tövsiyə etsələr də, o, bundan imtina edib və aclıq aksiyasını davam etdirmək üçün həbsxanaya qaytarılmasını istəyib.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri və məhkəmənin qanunsuz əməllərinə etiraz edən Tahir Nəqəvi iyun ayının 13-dən aclıq aksiyasına əl atıb.

Buna görə həbsxana nəzarətçiləri onu döyüb və təkadamlıq kameraya salıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar