SON XƏBƏRLƏR

Avstraliyalı yəhudilər İrana görə hökumətə çağırış etdilər

2024.06.20, 12:12
Avstraliyalı yəhudilər İrana görə hökumətə çağırış etdilər

Avstraliya Yəhudi Assosiasiyası bu ölkənin hökumətindən Kanada kimi İran İslam İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu kimi tanımasını tələb ediblər.

Gunaz.tv

Bu barədə Assosiyanın bəyanatında bildirilib.

"Qərbdə terrorizmə və İslam Respublikası rejiminin repressiyalarına qarşı çıxmaqda ən zəif halqadır",- bəyanat müəllifləri Avstraliya hökumətini qınayıblar.

Onlar SEPAH-ın dünyada və Avstraliyadakı təxribatçı fəaliyyətlərinə toxunaraq, onun terrorçu kimi tanınmasının vacibliyini qeyd ediblər.

Qeyd edək ki, Kanada hakimiyyəti iyunun 19-da İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.

Kanada hökuməti bildirib ki, bu vasitə ilə İran hökumətinin qeyri-qanuni hərəkətlərinin və terrorizmi dəstəkləməsinin cəzasız qalmayacağını göstərməyə çalışır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar