SON XƏBƏRLƏR

İran uranın zənginləşdirilməsini bir neçə dəfə artırır

2024.06.20, 13:33
İran uranın zənginləşdirilməsini bir neçə dəfə artırır

İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri olan Fərdoda uranın zənginləşdirilməsi imkanlarını üç, hətta dörd dəfə artırmağı planlaşdırır.

Gunaz.tv

Bu barədə Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu və "Vaşington Post" qəzeti məlumat yayıb.

Qəzet hərbi ekspertlərin məxfi sənədlərinə və təhlillərinə əsaslanaraq, Fərdoda baş verən böyük inkişaf barədə yazıb və bunun tezliklə zənginləşdirilmiş uran istehsalının bir neçə dəfə artırılmasına səbəb olacağını vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi bundan əvvəl Fərdo və Nətənz obyektlərində yeni sentrifuqa kaskadlarının quraşdırılmasına və istismarına başlanıldığını təsdiq edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar